Nazim Bəydəmirli ilə bağlı yeni xəbər
    • 8-07-2023, 20:00
    • 305

Nazim Bəydəmirli ilə bağlı yeni xəbər

Sabiq millət vəkili, iş adamı Nazim Bəydəmirl sindən apellyasiya şikayəti verilib.

News24.az xəbər verir ki, bu barədə N.Bəydəmirlinin vəkili Aqil Layıc məlumat yayıb.

O bildirib ki, şikayətə 10 iyul 2023-cü ildə, saat 14:30-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, N.Bəydəmirli adı açıqlanmayan vətəndaşı rüsvayedici görüntülərlə şantaj edərək, 50 min manat tələb etməkdə ittiham olunur. Vətəndaş cari il iyunun 24-də sabiq deputata 10 min manat versə də, N.Bəydəmirli qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib. Daha sonra N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb.

Nərimanov Rayon Məhkəməsi 5 iyulda sabiq deputat haqda 4 aylıq həbs qətimkan tədbiri seçib.