Fidan və Blinken Ukraynadakı vəziyyəti müzakirə ediblər
    • 8-07-2023, 22:25
    • 367

Fidan və Blinken Ukraynadakı vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan və amerikalı həmkarı Entoni Blinken arasında telefon danışığı olub.

News24.az​​​ xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, tərəflər telefon danışığında NATO-nun genişlənməsi, Vilnüsdə keçiriləcək NATO Liderlər Zirvəsi, BMT-nin Suriyaya transsərhəd yardım mexanizminin uzadılması və Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparıb.