“Neftçi” “Srvena Zvezda”ya məğlub olub
    • 8-07-2023, 23:17
    • 317

“Neftçi” “Srvena Zvezda”ya məğlub olub

Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində ikinci oyununu keçirib.

News24.az​​​-ın məlumatına görə, paytaxt klubu Serbiya təmsilçisi “Srvena Zvezda” ilə qarşılaşıb.

Qarşılaşma “Neftçi”nin böyükhesablı məğlubiyyəti ilə başa çatıb - 0:4. “Srvena Zvezda”nın qollarını Mirko İvaniç, Stefan Mitroviç, Osman Bukari və Yovan Slyiviç vurublar.

Xatırladaq ki, “Neftçi” turnirdə keçirdiyi ilk oyunda Rusiya “Zenit”inə 1:3 hesabı ilə uduzub.

Paytaxt klubu son matçında Türkiyə “Fənərbağça”sı ilə qarşılaşacaq. Görüş iyulun 15-də olacaq.