Diplomatik xidmət orqanlarının rəhbərləri Şəhidlər Xiyabanını ziyarət etdi
    • 9-07-2023, 11:42
    • 243

Diplomatik xidmət orqanlarının rəhbərləri Şəhidlər Xiyabanını ziyarət etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə diplomatik xidmət orqanları rəhbərləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

News24.az xəbər verir ki, nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Qeyd edək ki, 9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.