XİN rəhbərliyi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət etdi
    • 9-07-2023, 11:47
    • 191

XİN rəhbərliyi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə diplomatik xidmət orqanlarının rəhbərləri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.

News24.az xəbər verir ki, rəsmilər Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyaraq, xatirəsini yad ediblər.

Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qeyd edək ki, 9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.