Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyaban və Şəhidlər xiyabanını ZİYARƏT EDİB - FOTO

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyaban və Şəhidlər xiyabanını ZİYARƏT EDİB - FOTO
SİYASƏT

25-06-2019, 10:56

Mətn ölçüsü

İyunun 25-də Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələr Günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Əbədi məşəl kompleksinin önünə əklil və şəhid məzarlarının üzərinə gül dəstələri qoyub.