Abşeronda hücum zamanı balta xəsarəti alan daha bir şəxs öldü
    • 9-07-2023, 13:31
    • 187

Abşeronda hücum zamanı balta xəsarəti alan daha bir şəxs öldü

Abşeron rayonunun Digah qəsəbəsi ərazisində xəsarət alan şəxslərdən daha biri ölüb.

News24.az-ın məlumatına görə, bu gün xəsarət alan şəxslərdən daha biri - Xəyalə Kərimova müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Baş Prokurorluğun mətbuat xidməti “Report”a faktı təsdiq edib.

Bununla da, bir ailənin üç üzvü qohumlarının balta ilə yetirdiyi xəsarətə görə vəfat edib.