Gecə klubundakı partlayışda yaralananlardan biri XƏSTƏXANADA VƏFAT ETDİ
    • 6-04-2022, 20:44
    • 558

Gecə klubundakı partlayışda yaralananlardan biri XƏSTƏXANADA VƏFAT ETDİ

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan bir nəfər 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva dünyasını dəyişib. O, 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan kritik ağır xəstələrdən biri idi. 

Bu barədə News24.az- a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, sözügedən hadisədə ümumilikdə 37 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 2 nəfər vəfat edib. 

 Hazırda tibb müəssisələrində ümumilikdə, 12 nəfər müalicə  alır.  Onlardan 9-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir. 

Xatırladaq ki, TƏBİB-in tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan 2 nəfər özəl xəstəxanalardan birinə köçürülmüşdür. 


Qeyd edək ki, xəsarət alan şəxslərdən hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 4 nəfərdən 1-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Ümumilikdə, stasionarda müalicə alanlardan ambulator müalicə üçün 9 nəfər evə göndərilib.