AB səfiri diplomatlarımızı təbrik etdi
    • 9-07-2023, 17:00
    • 226

AB səfiri diplomatlarımızı təbrik etdi

Avropa Birliyinin (AB) Azərbaycandakı səfiri Peter Mixalko azərbaycanlı diplomat həmkarlarını peşə bayramı münasibətilə təbrik edib.

News24.az xəbər verir ki, Mixalko bu barədə Tvitter hesabında yazıb.

“Azərbaycanlı diplomat həmkarlarımızı peşə bayramı münasibətilə təbrik edirik!”, - səfir bildirib.

Qeyd edək ki, 9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.