-
- 9-07-2023, 20:21
- 382
Cəsarət Valehov naziri tənqid edən deputata CAVAB VERDİ- VİDEO
"İyulun 6-da elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək bal toplayan müəllimlərimizlə görüşdə vacib mesajlar səsləndirdi. Onlardan biri də şagirdlərimizin oxuyub anlama bacarıqları ilə bağlı mövcud problemləri idi. Təəssüf ki, bir sıra ictimai şəxslər məsələnin mahiyyətinə varmadan Emin müəllimin səsləndirdiyi fikirləri təhrif etməklə qeyri-düzgün ifadələr işlədirlər".
News24.az xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov millət vəkili Etibar Əliyevin nazir Emin Əmrullayevin ünvanına səsləndirdiyi sərt fikirlərə cavab olaraq paylaşıb.
"Elm və təhsil nazirliyi hər zaman açıq dialoq formatını seçib və ictimai fikrə böyük hörmətlə yanaşıb. Ümid edirəm ki, təqdim olunan videoda cənab nazirin şagirdlərin beynəlxalq qiymətləndirmə bacarıqlarının ölçülməsi ilə bağlı mötəbər tədqiqata əsaslanan fikirləri düzgün (əslində olduğu kimi) anlaşılacaq".- deyə C.Valehov qeyd edib.
Xatırladaq ki, ötən gün millət vəkili Etibar Əliyev təhsil nazirlinin "yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür" sözləri ilə milləti təhqir etdiyini və bu ifadələrə görə üzr istəməli olduğunu bildirib.