Onlayn dərslərdə qayıb yazılacaqmı? - RƏSMİ AÇIQLAMA
    • 15-09-2020, 16:23
    • 1 293

Onlayn dərslərdə qayıb yazılacaqmı? - RƏSMİ AÇIQLAMA

“Onlayn dərslərdə iştirakla bağlı məktəblərə müvafiq təlimatlar göndərilib. Qayıb limiti ilə bağlı qaydalar var və nizamlanacaq”. 

Bu fikirləri News24.az-a açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. 

Təhsil Nazirliyinin sözçüsü bildirib ki, dərs bölgüsü müəllimin əmək haqqı ilə mütənasiblik təşkil edəcək şəkildə hazırlanmayıb: “Dərs bölgüsü müəllimin müəyyənləşmiş dərs yükünə uyğun aparılır”.