Toyda kütləvi zəhərlənmə: 34 nəfər xəstəxanalıq oldu - Yeniləndi
    • 10-07-2023, 10:57
    • 403

Toyda kütləvi zəhərlənmə: 34 nəfər xəstəxanalıq oldu - Yeniləndi

Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə iyulun 9-u saat 15:33 radələrindən başlayaraq ümumilikdə 34 nəfər (11-i uşaq olmaqla) yerləşdirilib.

Bu barədə News24.az -a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib.
“İyulun 9-dan aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır”, - məlumatda qeyd edilib.

***
10:15


Ağcabədidə toy mərasimində 34 nəfər zəhərlənib.


News24.az
xəbər verir ki, hadisə iyulun 9-da rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

Belə ki, toy mərasimində iştirak edən 34 nəfər zəhərlənmə diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan 33 nəfərə ambulator ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 2007-ci il təvəllüdlü R.Əliyevanın müalicəsi isə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.