-
- 10-07-2023, 12:11
- 255
Bu ölkədən ABŞ-a xəbərdarlıq: Təyyarələrinizi vurarıq!
Şimali Koreya ABŞ-a xəbərdarlıq edib ki, hava məkanını pozarsa, casus təyyarələrini vura bilər.
News24.az xəbər verir ki, bu barədə KXDR müdafiə departamentinin rəsmi nümayəndəsinin yaydığı bəyanatda deyilir.
“Birləşmiş Ştatların təxribat xarakterli hava kəşfiyyatı baha başa gələcək. Şərq dənizi (Yaponiya dənizi) üzərində ABŞ Hərbi Hava Qüvvələrinin strateji kəşfiyyat təyyarəsinin məhv edilməsi kimi şok hadisələrin baş verməyəcəyinə zəmanət yoxdur”, - məlumatda deyilir.
KXDR Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, iyulun əvvəlində Amerikanın RC-135 və U-2S kəşfiyyat təyyarələri, həmçinin RQ-4B “Global Hawk” pilotsuz təyyarəsi Koreya yarımadası üzərində uçuşlar həyata keçirib. Xüsusilə, onun sözlərinə görə, iyulun 2-dən iyulun 9-dək olan müddətdə ABŞ təyyarəsi tərəfindən Şimali Koreyanın hava məkanının bir neçə dəfə pozulması halları qeydə alınıb.
“Hazırda biz maksimum səbir və dözüm nümayiş etdiririk, lakin hər şeyin öz həddi var. ABŞ-ın bütün təxribatçı hərəkətləri dərhal dayandırılmalıdır”, - müdafiə rəsmisi əlavə edib.
Akqabay