Ermənistanın Ağdam və Tovuz rayonları istiqamətində kəşfiyyat aparan iki PUA-sı məhv edildi - RƏSMİ
    • 21-07-2020, 10:02
    • 1 040

Ermənistanın Ağdam və Tovuz rayonları istiqamətində kəşfiyyat aparan iki PUA-sı məhv edildi - RƏSMİ

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.