-
- 10-07-2023, 13:41
- 330
Günəş şüası qəbul edərkən nəyə diqqət etməliyik?
Günəş şüalarının tərkibindəki ultrabənövşəyi (A,B,C) və görünməyən işıqlar faydalı olduğu qədər, həm də ciddi zərər verə bilir.
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 19 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Yeganə Cəfərovanın sözlərinə görə, bu şüalar dəri xərçəngi və ya dərinin vaxtından əvvəl yaşlanmasına da səbəb olur:
“Günəş şüası qəbul etməyin də öz qaydaları var. Belə ki, günəşlənmədən öncə günəş şüalarının zərərinə qarşı 2 saatdan bir SPF (25, 50, 100) kremlərindən, günəşlənmə bitdikdən sonra isə nəmləndirici kremlərdən istifadə edilməlidir. Günəş üçün qoruyucu kremlərdən istifadə edərkən, üz və bədən üçün fərqli SPF kremlər seçilməlidir. Üz üçün SPF kremlər çeşidli antioksidantlar və dərinin yaşlanmasına qarşı olan xüsusi qatqılardan hazırlanır. Bu kremlərdən istifadə edərkən üz dərisinin xüsusiyyəti-həssas və ya yağlı cild olması nəzərə alınmalıdır”.
Günün hansı saatlarında günəş şüaları qəbul etmək olar?
“Günəş şüası qəbul edilməsi zamanı günün müəyyən saatına diqqət etmək şərtdir. Məsələn, saat 12:00-15:00 arası günəş şüaları qəbul etmək məsləhət deyil. Çünki bu saatlarda günəş şüaları düz bucaq altında düşür və bu səbəbdən şüalanma dəriyə kanserogen və yaşlanma təsiri göstərir. Lakin saat 12:00-dək və 15:00-dan sonra günəş şüaları atmosferdən yerə yayılır, bu zaman isə ultrabənövşəyi (B və C) şüalar daha az zərərli olmağa başlayır. Buna baxmayaraq, bu saatlarda da günəş şüalarının zərərli təsirlərindən qorunmaq üçün SPF kremlərdən istifadə edərək günəşlənmək tövsiyə olunur”.
Əgər günəşləndikdən sonra dəri soyulmağa başlayırsa, bu düzgün olmayan və keyfiyyətsiz günəş şüalanması təsirindən baş verir. Bu özü də dərinin 1-ci dərəcəli yanıq travması alması anlamına gəlir. Bu tip yanıqlar bəzən dəriyə su toplayır, bəzən isə dəridə su toplamamaqla təzahür edir.
Beləliklə, müxtəlif qoruyucu kremlərdən istifadə etdikdə və düzgün saatlarda günəş şüaları qəbul etdikdə, doğru günəşlənmə baş verir və bu zaman yaranan dəri rəngi bir növ günəşdən qorunma mexanizminə çevrilir. Əgər dəri tamlığını itirib bu mexanizmdən çıxarsa, orqanizm artıq bu şüalardan zərər görməyə başlayır.