Leysan, dolu, şimşək - Sabahın havası
    • 10-07-2023, 13:54
    • 178

Leysan, dolu, şimşək - Sabahın havası

İyulun 11-də gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.

Əsasən yağmursuz hava üstünlük təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 26-31° isti olacaq. 

Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.