Böyük şanssızlıq
    • 2-05-2024, 12:51
    • 287

Böyük şanssızlıq

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sı PSJ-ni qəbul edib.

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, qarşılaşmada Dortmund klubuna 1:0 hesabı ilə qalib gəlib.

Almaniya təmsilçisinə qələbə gətirən qolu 36-cı dəqiqədə Füllkruq vurub.

Matçın qırılma nöqtəsi isə 51-ci dəqiqədəki epizod olub.

51-ci dəqiqədə Dortmund "Borussiya"sı 1:0 öndə olarkən Kilian Mbappe sol cinahda Achraf Hakiminin ötürməsi ilə topu qəbul edib və onun zərbəsi uzaq dirəyə dəyib.

Qayıdan top yenidən Kilian Mbappeyə gələrkən, fransız ulduzun ikinci zərbəsi müdafiədən geri qayıdıb və Aşraf Hakiminin qarşısında qalıb.