-
- 10-07-2023, 16:29
- 307
Azərbaycanın yeni peykini orbitə İsrail şirkəti çıxaracaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") yerin məsafədən müşahidə edilməsi məqsədilə yeni peykin orbitə çıxarılması üçün layihənin icrasına başlayıb.
News24.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.
"Bu, hələ o demək deyil ki, yeni peyk dərhal hazır olacaq. Bu proses bir neçə il çəkir. Biz ehtimal edirik ki, 2025-2026-cı illərdə yeni peykimiz orbitə çıxarılacaq", - deyə o qeyd edib.
“Azərkosmos” rəsmisi əlavə edib ki, yeni peyklə bağlı keçirilmiş tenderin qalibi İsrail şirkətlərindən biri olub: "Tenderdə Avropa, Asiya və ABŞ-dan 20-dən çox şirkət iştirak edib, onların arasında qiymət və keyfiyyət üzrə ən yaxşısı, bu sahədə dünyada liderlərdən olan İsrail şirkəti seçilib. Şirkətin adını yayacağımız bəyanatda açıqlayacağıq”.
Bu ilin aprel ayında Azərbaycanın yeganə yerin məsafədən müşahidə peyki "Azersky" dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb.