Azərkosmos və “SpaceX” arasında əməkdaşlıq müqaviləsi imzalandı
    • 9-05-2023, 18:58
    • 426

Azərkosmos və “SpaceX” arasında əməkdaşlıq müqaviləsi imzalandı

Azərbaycan Kosmik Agentliyi – Azərkosmos ABŞ-nin “SpaceX” şirkəti (Space Exploration Technologies Corporation) ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

News24.az xəbər verir ki, müqavilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərkosmos və “SpaceX” şirkəti arasında keçirilən görüşdə imzalanıb.

Müqaviləyə əsasən Azərkosmos və “SpaceX” şirkəti arasında şirkətin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışı üzrə razılıq əldə olunub.

Azərkosmosun İdarə heyətinin sədri Saməddin Əsədov bildirib ki, ölkəmizdə “SpaceX” şirkəti kimi qlobal səviyyəli texnologiya bələdçisi ilə birgə fəaliyyət göstərməkdən məmnunuq. “Starlink” internet xidmətlərinin tərəfdaşı olaraq ənənəvi və çox vaxt məhdud telekommunikasiya infrastrukturlarının yaratdığı maneələri aradan qaldırmaqla dənizdə və quruda qabaqcıl peyk texnologiyası xidmətlərimizi genişləndirəcəyik.

Qeyd edək ki, “Space X” şirkəti “Starlink” peyk şəbəkəsi ilə Yer kürəsinin hər bir nöqtəsini peyk interneti ilə təmin etməyi hədəfləyir.