Özkan Uğurun həkimindən duyğulandıran PAYLAŞIM
    • 10-07-2023, 18:45
    • 131

Özkan Uğurun həkimindən duyğulandıran PAYLAŞIM

Xəbər verdiyimiz kimi, Türkiyəli musiqiçi, aktyor Özkan Uğur vəfat edib.

News24.az xəbər verir ki, 3 aydır reanimasiyada müalicə olunan 69 yaşlı aktyorda 4-cü dəfə xərçəng xəstəliyi aşkarlanmışdı. 

Özkan Uğurun son günlərində yanında olan həkimi Aylin İksöz də sosial media hesabında Uğurun ölümü ilə bağlı təsirli paylaşım edib: 

"Reanimasiya şöbəsində çalışanan biri kimi işimin ən çətin hissəsi insanlara yaxınlarının ölüm xəbərini verməkdir. Bunun ən çətin anlarından biri Özkan Uğurun ölüm xəbərini ailəsinə xəbər verdiyim zaman oldu. Onun haqqında deyiləcək çox şey var, amma mən mahnılarından, aktyorluğundan tanıdığım Özkan Uğurdan yox, son 1,5 aydır reanimasiya şöbəmizdə yatarkən tanıdığım Özkan Uğurdan danışmaq istəyirəm. 

Çox sağol Özkan, çətin vəziyyətdə olmağın kobudluğa bəhanə olmadığını bizə göstərdiyin üçün, o anlarda belə saçını yuyub daramaqdan aldığın həzz, həyat sevincini, gülər üzünü itirmədiyin üçün və bir daha bizə örnək olduğu üçün. Sizinlə görüşmək və bu prosesdə sizi müşayiət etmək mənim üçün şərəf idi".