İrana məxsus avtobus qəzaya uğradı - ÖLƏN VAR
    • 27-04-2024, 20:50
    • 138

İrana məxsus avtobus qəzaya uğradı - ÖLƏN VAR

Zəngəzurda İran dövlət nömrə nişanlı avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var.

News24.az "Report"-a istinadən xəbər verir ki, hadisə Ermənistanın Qərbi Zəngəzur vilayətinin Verin Xotanan kəndi yaxınlığında qeydə alınıb.

Hadisə yerinə əməliyyat qrupu və iki xilasetmə briqadası cəlb olunub.

İlkin məlumata görə, 3 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Avtobusun İrandan gəldiyi bildirilir.