Bayden Türkiyəyə F-16-ları verməyə razıdır
    • 11-07-2023, 12:29
    • 153

Bayden Türkiyəyə F-16-ları verməyə razıdır

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, ABŞ prezidenti Co Bayden Türkiyəyə F-16 qırıcılarının verilməsi ideyasını dəstəkləyir.

News24.az
xəbər verir ki, onun sözlərinə görə, Bayden bir neçə ay ərzində açıq şəkildə bəyan edib ki, o, Türkiyəyə F-16 tədarükünün tərəfdarıdır və bu addım ABŞ-ın milli maraqlarına uyğundur. Sallivan əlavə edib ki, Türkiyənin potensialının artırılması NATO-nun maraqlarına uyğundur.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller isə öz növbəsində ABŞ-ın Türkiyəyə F-16-ların verilməsinin tərəfdarı olduğunu və Ankaranın Aİ-yə daxil olmaq istəyini alqışladığını bildirib. O, İsveçin alyansa üzv olması və Türkiyəyə F-16 qırıcılarının satışının iki ayrı məsələ olduğunu vurğulayıb.

Akqabay