-
- 12-07-2023, 13:47
- 539
Paşinyandan gözlənilən Brüssel görüşü ilə bağlı AÇIQLAMA
“Yaxın vaxtlarda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəm”.
News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Ermənistan və Azərbaycanın (xarici işlər nazirlərinin) Vaşinqtonda keçirilən sonuncu görüşündə nəzərəçarpacaq irəliləyiş qeydə alınmayıb, lakin müəyyən irəliləyiş var. Yaxın vaxtlarda Avropa Şurası Prezidentinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti ilə görüşüm planlaşdırılır. Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil. Qarşıdakı görüş zamanı mən ümid edirəm ki, Vaşinqtonda qeydə alınan müsbət məqamlar reallaşacaq”, - Paşinyan bildirib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan son müsahibəsində bildirib ki, Əliyev-Paşinyan görüşü daha tez baş tuta bilər.
Xatırladaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüşün iyulun 21-də Brüsseldə baş tutacağını açıqlamışdı.
Akqabay