Azərbaycandan Qazaxıstana OĞURLUQ ATLAR SATILIB... - VİDEO
    • 12-07-2023, 16:12
    • 165

Azərbaycandan Qazaxıstana OĞURLUQ ATLAR SATILIB... - VİDEO

Ağdaşda at oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

News24.az Xəzər TV-yə istinadən bildirir ki, rayonun Kotavan kəndi ərazisindəki örüş sahəsindən 8 kənd sakininə məxsus ümumilikdə 9 atın ayrı-ayrı vaxtlarda naməlum şəxslər tərəfindən oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişlərin həmkəndliləri - Cəbrayıl Səfərov və Asim Şirinov saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslərin oğurladıqları atları Bərdə rayon sakini Hacı Nəsirova satdıqları, əldə etdikləri pulu isə öz aralarında böldükləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.