-
- 12-07-2023, 17:39
- 637
ABŞ-da kritik inflyasiya: qızılın unsiyası 1950 dollara düşüb
ABŞ-da inflyasiya azalmaqda davam edir.
ABŞ-da İstehlak Qiymətləri İndeksi (CPI) aylıq 0,2 faiz, illik bazda isə 3 faiz artaraq bazar gözləntilərinin altındadır. Ölkədə inflyasiya təxminən 26 ayın ən aşağı səviyyəsinə çatıb.
News24.az xəbər verir ki, ABŞ Əmək Departamentinin məlumatlarına görə, iyun ayında ölkədə inflyasiya illik 3 faizə düşüb.
May ayında yüzdə 4 olan inflyasiya rəqəmi üçün gözlənti yüzdə 3,1 idi. İnflyasiyadan sonra bütün diqqətlər iyulun 26-da ABŞ Federal Ehtiyat Sisteminin faiz qərarına cəmləşib.
Bildirilir ki, aşağı inflyasiya FED-in faiz qərarına təsir edə biləcək. Məlumatlardan sonra dollar indeksi son iki ayın ən aşağı səviyyəsi olan 100 bəndinə düşüb. Qızılın unsiyası 1950 dollar görüb ki, bu da son 2 ayda ilk dəfədir müşahidə edilir.
Arzu