Rusiyanın Banqladeşdəki sabiq səfirini döyüb öldürdülər
    • 13-07-2023, 01:51
    • 226

Rusiyanın Banqladeşdəki sabiq səfirini döyüb öldürdülər

Rusiyanın Banqladeşdəki keçmiş fövqəladə və səlahiyyətli səfiri Aleksandr Nikolayev döyülərək Tver vilayətində xəstəxanada dünyasını dəyişib.

Bu barədə “TASS”a Tver vilayətinin prokurorluğundan məlumat verilib.

Prokurorluğun bölgə üzrə nümayəndəsinin sözlərinə görə, kişi iyunun sonunda Konakovo rayonunda döyülüb, bundan sonra o, komada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsi ilə “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi açılıb.