Bakıda qadınlar arasında dava – CİNAYƏT İŞİ AÇILDI
    • 28-06-2019, 16:22
    • 1 211

Bakıda qadınlar arasında dava – CİNAYƏT İŞİ AÇILDI

Bakıda 2 qadın arasında baş verən dava-dalaşla bağlı cinayət işi açılıb.

News24.az-ı
n məlumatına görə, Sabunçu rayonunda Zahidova Bayramxatın Mustafa qızı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb. Məlum olub ki, onu tanışı Leyla Allazova döyüb. Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci, yəni qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə iş başlanılıb.

Hadisəni törədən Leyla Allazova təqsirkar şəxs qismində istintaqa cəlb edilib.