Şəhid İsa Kəlbiyevin anası dünyasını DƏYİŞDİ
    • 13-07-2023, 14:35
    • 232

Şəhid İsa Kəlbiyevin anası dünyasını DƏYİŞDİ

Ötən ilin sentyabr ayında Kəlbəcər istiqamətində baş vermiş döyüşlər zamanı şəhid olmuş 20 yaşlı İsa Kəlbiyevin anası dünyasını dəyişib.

News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, şəhidin anası Nəfisə Kəlbiyeva yaşadığı Cəlilabad rayonu Göytəpə şəhərində vəfat edib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan İsa Kəlbiyev 13 sentyabr 2022-ci ildə şəhid olub. O, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.