Eyyub Hüseynov: “Azərbaycanda  zəhərlənmələrin statistikası gizlədilir” — VİDEO
    • 13-07-2023, 18:50
    • 451

Eyyub Hüseynov: “Azərbaycanda zəhərlənmələrin statistikası gizlədilir” — VİDEO

Yay aylarında insanlar daha çox qida zəhərlənməsi diaqnozu ilə həkimlərə müraciət edirlər. Adətən kütləvi zəhərlənmələrə şadlıq saraylarında və evdə təşkil olunan yığıncaqlarda daha çox rast gəlinir. Son hadisələrə nəzər salsaq, elə bir neçə gün əvvəl Ağcabədinin Rəncbərlər kəndində keçirilən toy mərasimində 34 nəfər, o cümlədən 16 yetkinlik yaşına çatmayan şəxs qidadan zəhərlənib. Zaqatalada isə 33 yaşlı qadın dərmandan zəhərlənib. 

Maraqlıdır, xüsusən, yay mövsümündə niyə zəhərlənmələr artır? 


Kliniki Tibbi Mərkəzə daxil olan zəhərlənmələrlə bağlı müraciətlərdə üstünlüyü qarpız və salatlar təşkil edir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zəhərlənmələrlə bağlı statistikanın gizlədildiyini bildirir: "Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qidanın təhlükəsizliyini guya təmin edir. Mən Azərbaycanla tənasüb qurdum, məlum oldu ki, Azərbaycanda təxminən bir ildə 1milyona qədər zəhərlənmə halı qeydiyyata alınmalıdır. Lakin Azərbaycanda zəhərlənmənin statistikası 700 dəfə azaldılmış şəkildə göstərilir".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən News24.az-a bildirildi ki, Agentlik tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər görür.

Satış şəbəkələri və ticarət obyektlərində vətəndaşlara satılan qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında mütəmadi olaraq monitorinqlər həyata keçirilir.

Əgər vətəndaşların qida məshulları ilə bağlı şübhələri olarsa, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə bilərlər. 

Nərmin Murad 
Nicat Əlili