İstifadə müddəti bitən müxtəlif növ qida məhsulları məhv edilib
    • 18-11-2021, 17:20
    • 597

İstifadə müddəti bitən müxtəlif növ qida məhsulları məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirir.

AQTA-dan News24.az-a verilən məlumata görə, “Foodini” MMC tərəfindən istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə edilən müraciət əsasında istifadə müddəti bitmiş ümumi çəkisi 3621.63 kq müxtəlif növ istehlaka yararsız qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir.