"Neftçi" xorvatiyalı hücumçu ilə maraqlanır
    • 13-07-2023, 19:59
    • 403

"Neftçi" xorvatiyalı hücumçu ilə maraqlanır

"Neftçi"nin yeni baş məşqçisi Adrian Mutunun komandaya cəlb etmək istədiyi daha bir futbolçu bəlli olub.

 xəbər verir ki, rumıniyalı mütəxəssis bunadək çalışdırdığı ölkəsinin "Rapid" klubundan xorvatiyalı hücumçu Marko Duqandjiçin xidmətində maraqlıdır.

İddiaya görə, Buxarest təmsilçisi 29 yaşlı forvard üçün 1 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Neftçi" Adrian Mutu ilə 2 illik müqavilə imzalayıb.