“Neftçi”dən daha bir transfer
    • 26-01-2023, 16:28
    • 270

“Neftçi”dən daha bir transfer

“Neftçi” daha bir futbolçunu transfer edib.

News24.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, braziliyalı hücumçu Mateus Saldanyanın heyətə cəlb olunub. “Ağ-qaralar”la müqavilə imzalayan 24 yaşlı forvard son olaraq Yaponiyanın “Cef Yunayted İtixara Tiba” klubunda oynayıb.
 
Qeyd edək ki, “Neftçi” bundan əvvəl qış fasiləsində Höccət Haqverdi və Kilan Lebo ilə heyətini gücləndirib.