"Botoks elətdirdim, AZ QALA KOR OLACAQDIM
    • 14-07-2023, 13:58
    • 587

"Botoks elətdirdim, AZ QALA KOR OLACAQDIM"-VİDEO

"Məşhur kosmetoloji klinikaların birinə müraciət etdim, botoks əməliyyatından sonra az qala kor olacaqdım" deyən müsahibimiz qarşılaşdığı təhlükədən danışıb. 

Ucuz botoks Azərbaycanda ən geniş yayılan kosmetoloji xidmətlərdən biridir. Hazırda az qala hər 3-4 qadından birinin bu xidmətdən yararlandığını demək olar.

Kosmetoloqların dediyinə görə, əslində botoks iynələri olduqca bahalıdır. Bu ad altında istifadə edilən iynələr çox ucuzdur və insan sağlamlığı üçün təhlükəlidir. Hətta deyilənə görə, bu iynələr pasiyentin iflic olmasına gətirib çıxara bilər.

Botoks əməliyyatlarına hansı qurum nəzarət edir, bu proseslərin reallaşması üçün lisenziya alınması necə həyata keçirilir?

News24.az botoks iynələrinin təhlükəsini, eləcə də, kosmetik mərkəzlərin bu yöndəki xidmətlərini araşdırıb.

Müxbir: Ayfər Nizaməddinqızı

Video: Elşad Məmmədov