Botoks beyinin işini pozur, əqli gerilik yaradır - ALİMLƏR
    • 18-04-2023, 18:41
    • 364

Botoks beyinin işini pozur, əqli gerilik yaradır - ALİMLƏR

Alimlər “gözəllik inyeksiyalarının” əqli qabiliyyətlərə, beyin işinə təsir etdiyini müəyyən ediblər.

Müasir zəmanədə gözəllik üçün təhlükəli bir çox vasitələrdən istifadə edirik. Bunlar çox zaman xeyrimizə olsa da, bir çox vaxtlarda ziyanımıza işləyir.

News24.az xəbər verir ki,Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, bəzi gözəllik prosedurları zehni qabiliyyətlərə təsir edə bilir.

Məlum olub ki, botoks iynələri emosional zəkanı xeyli azaldır.

Ancaq bu, yalnız üzün yuxarı hissəsinə və qaşların arasına botoks vurulduqda baş verir. Alimlər qadınların beyin fəaliyyətinin MRT aparatında müşahidəsi nəticəsində bu qənaətə gəliblər. Məlum olub ki, öz üz əzələlərini "donduran"lar başqalarının emosiyalarını oxumaqda çətinlik çəkirlər.

Fakt budur ki, insan ünsiyyət zamanı şüursuz olaraq həmsöhbətin üz ifadələrini kopyalayır. Tıxanmış əzələlər isə buna imkan vermir./medicina/