Ermənistanın keçmiş xarici işlər naziri istintaqda dindirilib
    • 28-02-2019, 19:21
    • 1 047

Ermənistanın keçmiş xarici işlər naziri istintaqda dindirilib

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan 2008-ci il martın 1-i hadisələri çərçivəsində ifadə verib.

Bu haqda Ermənistan KİV-i xəbər verib. Xəbərdə bildirilir ki, Ermənistan Xüsusi İstintaq Xidməti bu məsələni şərh etməkdən boyun qaçırıb: “Şərh etmirik”.
Bildirilib ki, martın 1-i hadisəsi çərçivəsində artıq keçmiş prezidentlərLevon Ter-Petrosyan və Serj Sarqsyan artıq ifadə veriblər.
Qeyd edək ki, 1955-ci ildə Suriyanın Hələb şəhərində doğulan Vardan Oskanyan 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri olub.