Gənc İran İslam Respublikasının bayrağını yandırdı – VİDEO
    • 14-07-2023, 13:06
    • 177

Gənc İran İslam Respublikasının bayrağını yandırdı – VİDEO

İranda molla rejimindən narazı gənc İslam Respublikasının bayrağını yandırıb.

News24.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Qeyd olunur ki, gənc “Qadın, Həyat, Azadlıq” şüarı ilə çağırışlar edib.

O, etirazlar müddətində molla rejimi tərəfindən qətlə yetirilən etirazçıların qisası üçün İslam Respublikasının bayrağını yandırıb.

Gənc heç bir şeydən qorxmadığını qeyd edib, amma özünə bir şey olacağı təqdirdə cavabdehliyi molla rejiminin daşıdığını bildirib.

Cinayətkar rejimin və bayrağının İran xalqının tarixinə, mədəniyyətinə və etnik quruluşuna biganə olduğunu və buna görə də insanların qəzəb atəşində yanmalı olduğunu vurğulayıb.