Baydendən Priqojinə: "Nə yediyinizə diqqət edin
    • 14-07-2023, 14:59
    • 156

Baydendən Priqojinə: "Nə yediyinizə diqqət edin"

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin artıq müharibəni uduzduğunu deyib.

News24.az CNN Türk-ə istinadən xəbər verir ki, bu fikirləri o, Finlandiya prezidenti Sauli Niinisto ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

Bayden Vaqner lideri Yevgeni Priqojinə “nə yediyinizə diqqət edin” deyərək zəhərlənmə ehtimalını gündəmə gətirib.

ABŞ prezidenti həmçinin, Putinin nüvə silahından istifadə etmə ehtimalının olmadığını qeyd edib.

Məhərrəm Əliyev