Parlamentdə bu deputat yerləri boşdur – SİYAHI
    • 14-07-2023, 15:54
    • 178

Parlamentdə bu deputat yerləri boşdur – SİYAHI

Xəbər verdiyimiz kimi, bir qədər əvvəl Milli Məclisin deputatı Madər Musayev dünyasını dəyişib. 75 yaşlı parlamentari xəstəlikdən vəfat edib. Bununla da parlamentdə daha bir deputatın yeri boş qalıb.

News24.az Modern.az-a istinadən bildirir ki, hazırda Milli Məclisdə 8 deputatın kreslosu boşdur.

Boş yerlərin siyahısını təqdim edirik:

1. 80 saylı İmişli-Beyləqan seçki dairəsi;

2. 74 saylı Lənkəran kənd seçki dairəsi;

3. 35 saylı Xətai üçüncü seçki dairəsi;

4. 33 saylı Xətai birinci seçki dairəsi.

Bundan başqa, 2020 ci ilin avqustun 4-də Milli Məclisin ən yaşlı üzvü Fəttah Heydərov vəfat edib. Hazırda onun seçildiyi 116 saylı Qəbələ seçki dairəsindən deputat yeri boşdur.

Deputatı Eldəniz Səlimov isə içkili halda Xaçmazdakı istirahət mərkəzlərindən birində polisi döydüyünə görə 4 avqust 2021-ci ildə həbs olunub. O, 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat seçilmişdi. Hazırda onun postu boş qalır.

Milli Məclisin üzvü Şahin Seyidzadə 3 mart 2022-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Bu təyinatdan sonra Şahin Seyidzadə deputat mandatından imtina edib. O,50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilmişdi.