Şikayət təmin edilmədi: Balasanyan həbsdə qalacaq
    • 14-07-2023, 17:04
    • 784

Şikayət təmin edilmədi: Balasanyan həbsdə qalacaq

Qarabağ separatçılarının fəallarından biri, separatçıların “təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyanın həbsi davam edəcək.

News24.az
xəbər verir ki, Balasanyanın vəkili Rafael Martirosyanın həbsin qanuniliyi ilə bağlı şikayəti təmin edilməyib.

Xatırladaq ki, Vitali Balasanyan dünən axşam saatlarında həbs edilib. Onunla bərabər oğlu və əmisi də saxlanılıb. Lakin oğlu və əmisi sonradan sərbəst buraxılıb.

Məlumata görə, separatçı rejim Balasanyanı maxinasiyada ittiham edir. Onun vəkili Rafael Martirosyan isə bildiri ki, Balasanyan “hakimiyyət nümayəndəsini” zorakılıqla hədələdiyi üçün tutulub.

Akqabay