Koçaryan və ailə üzvlərinin əmlakı müsadirə oluna bilər
    • 14-07-2023, 17:36
    • 402

Koçaryan və ailə üzvlərinin əmlakı müsadirə oluna bilər

Ermənistanın eks-prezidenti Robert Koçaryanın və onun ailə üzvlərinin qeyri-qanuni mənşəyə malik olduğuna görə əmlakı, avtomobilləri, pul əmanətləri müsadirə oluna bilər.

News24.az xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun bəyanatı əsasında eks-prezidentin və ona bağlı şəxslərin əmlakına həbs qoyub. Söhbət 20 ədəd daşınmaz əmlakdan, 2 avtomobildən, 1,5 milyon dollar dəyərində depozit və qiymətli kağızlardan, 10 milyard dram kreditlərdən, həmçinin, erməni və xarici şirkətlərdəki səhmlərdən gedir./apa/