De Byazidən Mutunun "Neftçi"yə baş məşqçi təyin olunmasına reaksiya
    • 14-07-2023, 22:01
    • 409

De Byazidən Mutunun "Neftçi"yə baş məşqçi təyin olunmasına reaksiya

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Adrian Mutunun "Neftçi"yə baş məşqçi təyin olunmasına münasibət bildirib.

News24.az​​​-ın məlumatına görə, italiyalı mütəxəssis bu barədə ölkəsinin radiolarından birinə açıqlama verib.

"Mutu vacib kontekstdə işləmək üçün şərait tapdı. Çünki "Neftçi" Azərbaycanın ikinci komandasıdır", - 67 yaşlı çalışdırıcı deyib.

Qeyd edək ki, "Neftçi" Adrian Mutu ilə 2 illik müqavilə imzalayıb.