Ronaldu Ginnesin “Rekordlar” Kitabına düşüb
    • 15-07-2023, 09:53
    • 516

Ronaldu Ginnesin “Rekordlar” Kitabına düşüb

Səudiyyə Ərəbistanının “ƏI-Nəsr” və Portuqaliyanın futbol üzrə millisinin hücumçusu Kriştianu Ronaldu 2023-cü ilin ən çox qazanan idmançısı kimi Ginnesin “Rekordlar” Kitabına düşüb.

News24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Forbes”in məlumatına görə, 38 yaşlı forvard 2022-ci ilin 1 mayından 2023-cü ilin 1 mayına qədər 136 milyon dollar qazanıb.

Bu məbləğə əmək haqqı, pul mükafatı, müqavilə mükafatları, sponsorluqlar, həmçinin kommersiya tədbirlərində iştirakdan əldə edilən maliyyə daxildir.

Ginnesin “Rekordlar” Kitabında 2022-də argentinalı hücumçu Lionel Messi ilin ən çox qazanan idmançısı seçilib. Onun nəticəsi 130 milyon dollar idi.