İlon Mask itirdiyi sərvətlə Rekordlar Kitabına düşdü - Şok məbləğ...
    • 11-01-2023, 11:58
    • 534

İlon Mask itirdiyi sərvətlə Rekordlar Kitabına düşdü - Şok məbləğ...

Dünyanın ən zəngin iş adamlarından biri olan İlon Mask yenə gündəmdədir. Milyarder iş adamı bu dəfə itirdiyi sərvətlə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

News24.az xəbər verir ki, 2021-ci ildən bu günə qədər təxminən 200 milyard dollar itirən Mask Ginnes tərəfindən “tarixdə şəxsi sərvətini ən çox itirən şəxs” elan edilib.

Əvvəlki rekord 2000-ci ildə 58 milyard dollar idi.

Təxminlərə görə, Maskın sərvəti 2021-ci ilin noyabrında zirvəyə çataraq 340 milyard dollar təşkil edib. Lakin Tesla səhmləri keçən il orta hesabla 65 faiz aşağı enərək kəskin şəkildə düşüb. 

Son hesablamalara görə, Maskın sərvəti hazırda 144 milyard dollar civarındadır.