-
- 15-07-2023, 10:19
- 265
Özəl çimərliklərdə istirahət neçəyə başa gəlir? – VİDEO
İsti yay günlərində özəl çimərliklərə giriş haqqının baha, məhdudiyyətlərin isə sərt olması paytaxt sakinlərinin daha çox pulsuz çimərliklərə üz tutmasına gətirib çıxarır.
News24.az-ın məlumatına görə, sakinlər ictimai çimərliklərə üstünlük verdiklərini müxtəlif cür izah edirlər.
Özəl çimərliklərdən fərqli olaraq, burada sərt qaydalar tətbiq edilmir. Kimi özü ilə samovar gətirir, kimi də yemək-içmək.
Qeyd edək ki, özəl çimərliklərdə giriş haqqı 20-30 manat arasında dəyişir və istirahətə gələnlər daxili qaydalara riayət etməlidir.
Çimərliyə nəinki yemək-içmək, hətta su gətirməyə belə icazə verilmir. Marketlərdə 40-50 qəpiyə satılan su isə burada üç manata təklif edilir.
Qiymətlərin yüksək olması isə xidmət səviyyəsinin yüksək olması ilə izah edilir.
Daha ətraflı süjetdə: