Hakimlərin Seçki Komitəsinə sədr seçildi
    • 15-07-2023, 13:02
    • 250

Hakimlərin Seçki Komitəsinə sədr seçildi

Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.

News24.az xəbər verir ki, barədə Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

İclasda Komitəyə yeni seçilmiş üzvlər təqdim olunub. Komitə üzvlərinin yekdil səsi ilə Ali Məhkəmənin hakimi Vidadi Cəfərov Hakimlərin Seçki Komitəsinin sədri seçilib.

Bundan əlavə, iclasda hakimliyə namizədlərin imtahan prosesi ilə bağlı cari tədbirlər müzakirə edilib, bəzi təşkilati məsələlərə baxılıb.