MSK-da İCLAS
    • 16-11-2019, 16:53
    • 786

MSK-da İCLAS

Məzahir Pənahovun sədrliyi ilə noyabrın 16-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 11 noyabr 2019-cu il tarixli iclasının protokolu təsdiq edilib.

News24.az xəbər verir ki, iclasda sonra 2019-cu il dekabrın 23-nə təyin olunmuş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Mirzəzadə Aydın Böyükkişi oğlunun üzvlüyünün təsdiq olunmasına qərar verilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.