-
- 5-11-2021, 15:52
- 395
Hakimliyə namizədlər üçün TEST İMTAHANI KEÇİRİLDİ
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə dövlət başçısının tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakimliyə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlarla seçimi keçirilir.
Bu barədə News24.az-a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar açıq müsabiqə elan olunaraq sənədlərin qəbulu fasiləsiz xarakter alıb.
Təkcə son iki il ərzində 900-dək namizəd müsabiqələrdə iştirak üçün sənədlərini təqdim edib, 44 nəfər seçilərək ölkə Prezidentinin Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilib, 125 nəfər namizəd isə hazırda müsabiqənin müxtəlif mərhələsindədir.
Həmçinin, noyabr ayının 5-də 200-dək hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzində beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilib.
Namizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırıblar.
COVİD-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilən imtahanın nəticələri hər bir namizədə o, sualları cavablandırdıqdan dərhal sonra elan olunmaqla müvafiq arayış təqdim edilib.
İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış 93 nəfər hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə baraxılıb. Nəticələr Məhkəmə-Hüquq Şurasının internet səhifəsində yerləşdirilib. Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.
Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir. Bununla əlaqədar hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar. Sənədlər Hakimlərin Seçki Komitəsi tərəfindən bütün iş günləri ərzində, o cümlədən elektron qaydada, sadələşdirilmiş prosedurlarla qəbul edilir ([email protected]). Belə ki, namizədliyin qeydə alınması üçün müvafiq ərizə və aidiyyəti sənədlərin surəti qeyd edilən elektron poçt ünvanına elektron formatda, o cümlədən mobil telefonla göndərilə bilər.