Ağdamda insan sümüklərinə bənzər sümük fraqmentləri ilə bağlı araşdırma aparılır
    • 15-07-2023, 17:19
    • 317

Ağdamda insan sümüklərinə bənzər sümük fraqmentləri ilə bağlı araşdırma aparılır

Ağdam rayonunda minatəmizləmə işləri zamanı insan sümüklərinə bənzər sümük fraqmentləri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

"İyulun 14-ü Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır", - deyə məlumatda qeyd edilib./Qafqazinfo/