“BMW” ilə avtoşluq edən şəxs həbs edildi
    • 15-07-2023, 17:02
    • 225

“BMW” ilə avtoşluq edən şəxs həbs edildi

Goranboyda sərxoş halda avtoxuliqanlıq edən şəxs saxlanılıb.

News24.az DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupuna isitnadən xəbər verir ki, Goranboy RPŞ-nin DYP Bölməsinin əməkdaşları gecə vaxtı özü və digər hərəkət iştirakçılarına təhlükə yaradan Ruslan Mustafayevi saxlayıb.

Belə ki, yol polisi Goranboyun küçələrində hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsünün davamlı şəkildə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün ona “saxla” işarəsi verib. Lakin o, polisin tələbinə məhəl qoymayaraq təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib. Avtomobil uzun sürən tədbirlərdən sonra dayandırılıb.

Sürücü sərxoşluq müayinəsindən keçən zaman onun spirtli içkinin təsiri altında avtomobil idarə etməsi məlum olub. R.Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə o, 10 sutka müddətinə inzibati qaydada həbs edilib.