Keçmiş icra hakimiyyətinin binasında yanğın - FHN məlumat yaydı
    • 17-07-2023, 11:24
    • 146

Keçmiş icra hakimiyyətinin binasında yanğın - FHN məlumat yaydı

Gəncədə keçmiş Nizami Rayon İcra Hakimiyyətinin binasında yanğın olub.

News24.az xəbər verir ki, FHN-in "112" qaynar xəttinə , Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar, FHN-in yanğından mühafizə qüvvələri dərhal əraziyə cəlb olunub.

Ərazidə əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının elektrik lövhəsində baş verdiyi müəyyən edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətə söndürülülb.

Binadakı 7 əməkdaş yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.